Siyasət

Bəyanat: "Rəsmi Bakı ATƏT-in İrəvan Bürosunun mandatı üzrə konsensusu dəstəkləməyəcək, əgər..."

10 Fevral 2017 12:47
Baxış: 870

ATƏT-in İrəvan Bürosunun mandatı ilə bağlı məsələ böhran həddinə çatdırılıb. Bu isə rəsmi Bakının bu təşkilata və onun nəzdində fəaliyyət göstərən digər qurumlara etimadını ciddi şəkildə sarsıdıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Azərbaycan nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Son bir neçə ay ərzində keçirilən məşvərətlər zamanı bizim nümayəndə heyətimiz ATƏT-in İrəvan Bürosunun mandatının bir neçə aspektdən pozulduğu barədə məlumatlandırılıb. Mandat pozuntusu müəyyən olunmuş çərçivələrdən çıxır. Bu vəziyyətin günahının Azərbaycanın üzərinə qoyulması məqsədi ilə davam etməsi bizi dərindən məyus edir".

Bəyanatda deyilir ki, bu gün Bakıda quruma qarşı ciddi inamsızlıq var və rəsmi Bakının fikrincə, bu təşkilat Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı hər hansı bir fəaliyyətdə iştirak edə bilməz.

Bəyanatda o da qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu prinsipial mövqeyi qurumun sədrliyinə, baş katibə və digər üzv ölkələrə çatdırıb. Eyni zamanda, rəsmi Bakı bu problemin həll olunması üçün danışıqlara hazırlıqları görmür:

"Artıq 3 ildir ki, Azərbaycan nümayəndə heyəti İdarənin proqram fəaliyyəti ilə bağlı qayğısını ifadə edir və biz İdarənin mandatı barədə aşkarlığın olmamasından və bu vəziyyətdən Azərbaycanın qanuni maraqlarına qarşı sui-istifadə edilməsindən bezmişik. ATƏT-in İrəvandakı Bürosunun fəaliyyətinə Daimi Şuranın qərarı ilə məhdudiyyətlər qoyulmasa, biz onun mandatının uzadılması ilə bağlı konsensusa qoşulmayacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.