Siyasət

"İran agentləri Azərbaycana soxulub" - ABŞ Konqresmenindən SENSASİON BƏYANAT

7 Fevral 2017 16:12
8 Şərh     Baxış: 1 992

ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys "İsrael Project" forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ed Roys forumdakı çıxışında əvvəlcə İranın bu günlərdə keçirdiyi ballistik raket sınaqlarına toxunub. O deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir və ABŞ administrasiyası Tehranın nəzərinə bu addımın cavabsız qalmayacağını çatdırmalıdır.

Daha sonra konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır. Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.

Ed Roys İranın Azərbaycan üçün də "təhdid olduğunu" deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: "Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız". Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Xatırladaq ki, Donald Tramp İranı "terrorun bir nömrəli sponsoru" adlandırıb və Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv edəcəyini bildirib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Aydlndl · 7 Fevral 17:1630

    Teze melumat deyil ki bu.Bilen bilir.

    Cavab yaz
    • Anonim
      nene · 8 Fevral 10:1720

      he düzdür. Bakının bir kendine de girib tebliğat aparırdılar bu iranbazlar. Elə çıxartdılar ki ordan onları hele de özlerine gelə bilmirlər. o kənd də agıllandı, orda tebliğat aparanlar da

      Cavab yaz
  • Anonim
    Aydlndl · 7 Fevral 17:1830

    Vetene xeyaneti ne valideyn, ne dovlet, ne de ALLAH baglwlaylr.

    Cavab yaz
  • Anonim
    Alimardan · 7 Fevral 18:1300

    Goresen ABS niye husileri yox, S. Erebistanini destekleyir? Nese Amerika Suriyadada, Yemendede her yerde vehabileri destekleyir. Bu ise o demekdirki,........

    Cavab yaz
  • Anonim
    azer · 7 Fevral 21:3020

    Azerbaijani chox istemekden bele danishir?

    Cavab yaz
    • Anonim
      Asdf · 7 Fevral 22:2100

      ;)

      Cavab yaz
    • Anonim
      azere · 8 Fevral 10:1420

      Yox yox canım iranbazlar cox isteyir Azerbaycanı. Ona gore iran üçün sinoooo gedirler.

      Cavab yaz
      • Anonim
        Lele · 8 Fevral 15:3600

        Salam duz deyirsiz Azere xanim.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.