Siyasət

ATƏT azərbaycanlı əsgərin nəşinin qaytarılmasında köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib

6 Fevral 2017 15:18
Baxış: 703

ATƏT-in avstriyalı sədrliyi azərbaycanlı əsgərin nəşinin Ermənistan tərəfindən qaytarılması məsələsində köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun Twitter səhifəsində yazılıb.

Məlumatda qeyd olunub: "Azərbaycanlı əsgər Çingiz Qurbanovun nəşi qaytarılıb. Bu məsələdə göstərdiyi səylərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığımızı bildiririk və tərəfləri Həştərxan sazişinə əməl etməyə çağırırıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhid Ç.Qurbanov bu gün Qusar Şəhidlər xiyabanında dəfn olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.