Siyasət

Dünya yəhudilərinin Azərbaycana marağı artır - FOTO

30 Yanvar 2017 16:06
Baxış: 1 271

Amerika Yəhudi Komitəsinin rəhbəri yenə Bakıdadır.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Nazim İbrahimov bu gün Amerika Yəhudi Komitəsinin (AYK) prezidenti Con Şapiro və icraçı direktor Devid Harrisin rəhbərlik etdyi nümayəndə heyəti ilə görüşüb.

DİDK-dan Milli.Az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib. N.İbrahimov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən Dövlət Komitəsinin sədri bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb.

AYK-nın icraçı direktor David Harris isə ABŞ-dakı prezident seçkilərindən sonra nümayəndə heyətinin Azərbaycana ilk səfərinin olduğunu qeyd edib. Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin inkişafına böyük önəm verdikərini bildirən Komitə rəhbəri bildirib ki, bu səfər əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşü barədə danışan Devid Harris bu görüşü yüksək qiymətləndirib. D.Harris daha sonra İsrailin baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bu səfəri yüksək dəyərləndirdiyini, ikitərəfli münasibətlərin inkişafında onun olduqca böyük rolu olduğunu bildirib. O, həmçinin, qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayan şəxsdir.

Görüşdə, həmçinin DİDK ilə AYK arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Qeyd edək ki, icraçı direktor D.Harrisin rəhbərliyi ilə Amerika Yəhudi Komitəsinin 8 nəfərlik nümayəndə heyəti yanvarın 28-dən Bakıda səfərdədir. Onlar səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriblər.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.