Siyasət

Erkan Özoral: "Layihələrdən böyük uğurlar gözlənilir"

24 Yanvar 2017 21:33
0 Şərh     Baxış: 596

Türkiyə və Azərbaycan münasibətləri hər zaman dinamik inkişaf edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 25 il keçdiyini vurğulayan diplomat qeyd edib ki, gələcəkdə də qarşılıqlı münasibətlər davam edəcək.

E.Özoral bildirib ki, 2017-ci ildə iki ölkə arasında həyata keçirilən layihələrdən böyük uğurlar gözlənilir. "İlk növbədə yaxın zamanda işə düşməsi planlaşdırılan layihə Bakı-Tiflis-Qars dəmiryoludur. Həmçinin bu il digər layihələrin də reallaşdırılması istiqamətində mühüm addımlar atılacaq. Ümumiyyətlə iki ölkənin birgə reallaşdırdığı layihələrin əsas məqsədi ölkələrimizin və xalqlarımızın münasibətlərini yaxınlaşdırmaqdır."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.