Siyasət

Elmar Məmmədyarov Lavrov ilə görüşdü

24 Yanvar 2017 18:35
Baxış: 1 286

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
 
Milli.Az bildirir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
 
Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.
 
Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib.
     
Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.