Siyasət

"Ayağımı hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq bataqlığı keçdim" - Niderlandda erməni vəhşiliyi ilə bağlı MƏQALƏ

24 Yanvar 2017 17:00
11 Şərh     Baxış: 2 856

Niderlandda yaşayan soydaşımız Vüqar Abbasovun Niderland saytlarının birində növbəti yazısı dərc edilib.

Milli.Az xəbər verir ki, yazıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından, Xocalı soyqrımından bəhs olunub. Müəllif erməni jurnalistinin yazdıqlarından da yazıda sitat verib. Yazıdan seçmə: "Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olub və o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağa yaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yol açdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnik Ohanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibənin qanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qanının içində idi... " (Mənbə: "Xaç naminə" kitabı)."

Daha sonra soydaşımız Qərb dövlətlərini, siyasətçilərini bu soyqrımı görməzdən gəlməkdə ittiham edib. Müəllif, həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarının 20 % - i bu gün də Ermənistanın işğalı altındadır və bu işdə Rusiya Ermənistana böyük dəstək verib.
Yazının həm Niderland, həm də Azərbaycan dilindəki linkləri sizə təqdim edirik:
http://www.republiekallochtonie.nl/belangen-slachtoffers-en-een-vergeten-genocide

http://www.adalet.az/w119011/Maraqlar,_qurbanlar_v%C9%99_unudulmu%C5%9F_soyq%C4%B1r%C4%B1m_(genosid)_/#.WIdKc1OLTcu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.