Siyasət

Azərbaycanlı Rusiyada baş nazirin müavini təyin edildi

24 Yanvar 2017 16:16
2 Şərh     Baxış: 9 405

Rusiyanın Başqırdıstan respublikasının rəhbəri Rüstəm Xəmitov azərbaycanlı Fərhad Səmədovu Baş nazirin müavini təyin edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə prezident fərman imzalayıb.

Həmyerilimiz sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.

Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 23 aprel 1959 cu ildə Gürcüstanın Qardabanı şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifəsində çalışıb. 

1994-1998-ci illərdə "Eksimer" Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik" QSC-yə, "Soda" ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər "Birləşmiş neftkimya şirkəti"nin prezidenti olub. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.