Siyasət

Ərdoğan Azərbaycan və Türkiyə arasında texniki əməkdaşlıq haqqında Protokolu təsdiq edib

24 Yanvar 2017 14:46
Baxış: 1 072

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.

Qeyd edək ki, sənəd iki ölkə arasında sosial və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək və əlaqələri texniki əməkdaşlıq yolu ilə dərinləşdirmək məqsədi daşıyır. Protokol tərəflər arasında texniki əməkdaşlığı icra etmək üçün ümumi qaydaları müəyyənləşdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.