Siyasət

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

24 Yanvar 2017 12:37
0 Şərh     Baxış: 719

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub.

Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq.

Bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların Azərbaycan və Qırğızıstanda keçirilməsi planlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.