Siyasət

Göyçaylı deputat AŞPA-nın vitse-prezidenti seçildi

24 Yanvar 2017 10:16
1 Şərh     Baxış: 1 351

Ukrayna Ali Radasının millət vəkili Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə G. Loqvinski Feysbuk hesabında yazıb.

"Bu, mənim üçün böyük şərəf, qürur və məsuliyyətdir. Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti vəzifəsi Ukrayna tarixində beynəlxalq parlament arenasında ən yüksək mövqedir. Qeyd etmək istəyirəm ki, bu gün bu uğur ölkənindir", - Loqvinski vurğulayıb.  

Bildirilir ki, 2014-cü ildə Ukraynanı bu postda İvan Popesku, 2015-ci ildə Vladimir Aryev təmsil edib, 2016-cı ildə isə ölkədən vitse-prezident seçilməyib.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Georgi Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.