Siyasət

Trampın Azərbaycandakı ABŞ səfiri ilə bağlı qərarı

23 Yanvar 2017 19:42
0 Şərh     Baxış: 6 430

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerikanın xarici ölkələrdəki təxminən 80 səfirini başqa diplomatla əvəz etmədən vəzifədən çıxarıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə The Independent nəşri yazıb.

Məlumata görə, Tramp tələb edib ki, sabiq prezident Barak Obama tərəfindən təyin edilmiş bütün ABŞ səfirləri yanvarın 20-də günortaya qədər öz postlarını ləngimədən tərk etsinlər.

Bununla belə, həmin qərar ABŞ-ın Azərbaycandakı səfirinə, necə deyərlər, toxunmayıb.

"Səfir Robert Sekuta ixtisara salınmış diplomatların siyahısına daxil deyil. O, prezident Obamanın təyinatı yox, karyera diplomatıdır, buna görə də Sekuta Azərbaycanda öz fəaliyyətini davam etdirəcək",-deyə ABŞ səfirliyindən virtualaz.org-a bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.