Siyasət

Devlet Bahçelidən "Receb İvedik 5" filmində Azərbaycanla bağlı səhnəyə görə sərt tənqid - VİDEO

23 Yanvar 2017 17:34
15 Şərh     Baxış: 4 281

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Devlet Bahçeli "Receb İvedik 5" filmindəki Azərbaycanla bağlı səhnədən danışıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, partiya rəhbəri filmdə yayımlanan səhnəni tənqid edib. 

"Azərbaycanlı soydaşlarımız türkdür və türk millətinin əsl mənsublarıdır. Bir filmdəki boks səhnəsi bizim tarixi və mədəni əlaqələrimizi zədələməyəcək və buna heç bir millətin övladı icazə verməyəcək", - deyə Devlet Bahçeli filmdəki qalmaqallı səhnədən danışarkən bildirib.

"Ölkələrimiz fərqli ola bilər, amma biz eyni millətin ürəkləri bir döyünən övladlarıyıq. Bakıda mahnı, Ankarada oyun havasıyıq. Gəncədə dastan, Dumlupınarda zəfərik, Xocalıda gözyaşı, Qarsda duayıq. Bir yanımız Bəxtiyar Vahabzadədirsə, bir yanımız Mehmet Akif Ersoydur. Qubada səslənən balaban, Xızıda dilə gələn tar, Erzurumda çalınan nağara İstanbulda neyin əkizidir. Mustafa Kamal nə qədər türkdürsə, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür. Türkün iftixar siyahısının liderləridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.