Siyasət

Tramp Ağ Evi dəyişir - FOTO

23 Yanvar 2017 10:56
0 Şərh     Baxış: 2 757

ABŞ-ın yeni, 45-ci prezidenti Donald Tramp Ağ Evə köçüb. O, iş otağı olacaq Oval kabinetin interyer dizaynını dəyişdirilməsi barədə göstəriş verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, əsas dəyişikliklərdən biri Birləşmiş Ştatların 70 yaşlı dövlət başçısının Oval kabinetə Britaniyanın sabiq baş naziri, mərhum Uinston Çörçilin büstünün qaytarılması olub.

2009-cu ildə, Barak Obama prezident seçilərdən sonra həmin büst kabinetdən götürülmüşdü. Əvəzində kabinetə Avraam Linkoln və Martin Lüter Kinqin büstləri qoyulmuşdu.

Mühafizəkarlarla britaniyalı siyasətçilər Çörçilin büstünün kabinetdən çıxarılmasından çox narazı qalmış, bunu Britaniyaya sayğısızlıq kimi dəyərləndirmişdilər.

Çörçilin büstünün Oval kabinetə qaytarılması Donald Trampın prezident seçkilərindəki vədlərindən biridir.

Martin Lüter Kinqin büstü də kabinetdə qalıb.

Bundan başqa, Oval kabinetin pərdələri dəyişdirilib, Corc Buşun dönəmindəki xalça kabinetə qaytarılıb.

Konqres Ağ Evdəki interyer dəyişikliklərinə 100 min dollar ayırıb.

Ağ Evdə 132 otaq var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.