Siyasət

Danışıqlar erməniləri qane edir - İrəvan kimə arxayındır?

22 Yanvar 2017 20:42
6 Şərh     Baxış: 4 325

Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 20-də aprel ayında 4 günlük savaşda iştirak edən və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında görüşüb. Sərkisyanın görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur: 

1) Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz;
2) Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir; 
3) Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir; 
4) İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var. 

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Sarkisyanın bu tezisləri sübut edir ki, danışıqlar prosesi İrəvanı qane edir və onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar: "Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sarkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq onun sadaladığı bütün tezislərin arxasında Rusiyanın dəstəyi və xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.