Siyasət

Rüstəm Usubov: "Qorbaçovu dindirmək mümkün olmadı, qaçıb gizləndi"

20 Yanvar 2017 13:10
2 Şərh     Baxış: 2 061

"SSRİ-nin keçmiş dövlət başçısı Mixail Qorbaçov ölkə konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq həmin vaxt fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq hərbçilər şəhərə daxil oldular, dinc əhalini qırdılar:

"Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 min qoşun paytaxta yeridilib. Bunlar SSRİ-nin Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Ən böyük azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədiblər, onların arasında çoxlu ermənilər olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan DTK-nın o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu isə gec - 14 fevral 1992-ci ildə başlamışdı, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi - onlar 19 yanvarda Bakıya ezam olunmuşdular. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi".

R.Usubov əlavə edib ki, indiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir: "Amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.