Siyasət

Əflatun Amaşov: "20 Yanvar başlanğıc idi"

19 Yanvar 2017 18:02
Baxış: 989

20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsinin, dövlətçilik tarixinin mühüm səhifəsidir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib: "Ədəbiyyatda itirilmiş nəslin nəhəng nümayəndəsi kimi tanınan görkəmli ABŞ yazıçısı Frensis Skot Ficeraldın qəribə fikri var - mənə qəhrəmanı göstərin, sizə faciə yazım. Yazıçının dəst-xəttinə bələd olduğumdan onun qəhrəman kimi təsəvvür etdiyi şəxsə faciə sonluğunu yaraşdırmasında məntiq görmüşəm.

Azərbaycan xalqı və 20 Yanvar. Görünür, faciə ssenarisi də məntiqi idi. Çünki xalq qəhrəmana çevrilmişdi. Ancaq 20 Yanvar başqa faciələrə bənzəmədi. Bədii təxəyyüllərdəki qəhrəmanlar üçün faciə hər şeyin sonudursa, 20 Yanvar başlanğıc idi. Bizləri dövlət millətinə çevirən, müstəqilliyə aparan yoldakı böyük başlanğıc. Buna görə də 20 Yanvar qəhrəmanlıq salnaməmizin, dövlətçilik tariximizin mühüm səhifəsidir. Bu səhifənin yazılmasında qanını mürəkkəbə çevirən Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, onların şücaətindən qürur duyuram! Allah şəhidlərimizə rəhmət eləsin!"

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.