Siyasət

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri ilə bağlı BƏYANAT YAYIBLAR

19 Yanvar 2017 17:13
Baxış: 748

Azərbaycan hökuməti və xalqı ilə islahatların müəyyənləşdirilməsi və icra olunması ilə bağlı dialoqu davam etdirmək, islahat prosesinə yeni təkan vermək çox vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin həmməruzəçiləri Sezar Florin PredaŞtefan Şennakın Azərbaycana səfərindən sonra verdikləri bəyanatda yer alıb.

Həmməruzəçilər Azərbaycan hökumətinin QHT-lər barədə qanunvericiliyə dəyişikliklər etmək və bu qanunu Avropa standartlarına uyğun icra etməyə hazır olmasını alqışlayır.

Bəyanatda deyilir ki, hökumət QHT-lər haqqında qanunvericiliyin islahatı üzrə Venesiya komissiyasının təcrübəsindən tam yararlanmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.