Siyasət

NATO-dan Azərbaycana dəstək: əsgərin meyiti qaytarılsın

19 Yanvar 2017 13:20
Baxış: 3 165

"NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.

Müsahibin sözlərinə görə, münaqişələrin dinc yolla həlli NATO-nun başlıca dəyəridir.

O qeyd edib ki, bu həm də "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçılarının əsas məqsədlərindən biridir.

Nümayəndə deyib ki, NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin Ermənistan tərəfindən qaytarılması tələbi ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanatını dəstəkləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.