Siyasət

Azərbaycan və Özbəkistan arasında çarter reysləri və turpaketlərlə bağlı TƏKLİF

19 Yanvar 2017 11:17
Baxış: 1 135

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində "Fitur-2017" turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

Milli.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərinin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.