Siyasət

XİN: "Ermənistan yenə spekulyasiya edir"

17 Yanvar 2017 14:06
Baxış: 1 300

"Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi məsələsi ilə bağlı spekulyasiya edir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

O deyib: "Azərbaycan həqiqətən də ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməyib. Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin Azərbaycanın işğal olunmuş ərazilərindəki tədbirlərdə iştirakından, xüsusilə də Dağlıq Qarabağda minaların təmizlənməsi layihələrindən gedir".

Onun sözlərinə görə, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.