Siyasət

Türkiyədəki azərbaycanlılardan etiraz: Bu, yolverilməzdir! - FOTO

16 Yanvar 2017 15:47
0 Şərh     Baxış: 2 326

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İS-TAD) Türkiyə Böyük Millət Məclisində Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı qondarma "erməni soyqırımı" iddialarını müdafiə edən erməni əsilli deputat Qaro Paylanla bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bəyanatda deyilir ki, Qaro Paylan təxribatçıdır, onun səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, türklər tarixin heç bir mərhələsində soyqırımı törətməyib, əksinə, yaşadıqları ərazilərdə tolerantlıq və sülhün, birgəyaşayış prinsiplərinin təminatçısı olublar. Ermənilərin xarici havadarlarının dəstəyi ilə türklərə qarşı dəfələrlə soyqırımı törətdiyini xatırladan İS-TAD rəhbəri Səfər Qaraqoyunlu bu gün türklərə münasibətdə eyni siyasətin davam etdirildiyini, dinc insanların, türk diplomatların öldürüldüyünü vurğulayıb. Bəyanatda türklərin qədim və əzəli torpağı olan və hazırda ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağda  bir nəfər azərbaycanlının, türkün yaşamadığı xatırladılır, bu ərazilərdə türklərə məxsus yüzlərlə tarixi abidənin, məscidlərin və digər əhəmiyyətli tikililərin yox edildiyi, Azərbaycan adlarının tarixdən silindiyi qeyd olunur.

Tarix boyunca soyqırımı ermənilərin türklərə qarşı həyata keçirdiyini Qaro Paylanın diqqətinə çatdıran bəyanat müəllifləri soyqırımın əsl izini görmək üçün Türkiyə və Azərbaycandakı kütləvi  məzarlarlıqlara, bir gecədə 613 sakini ilə məhv edilən Xocalı şəhərinə baxmağı tövsiyə edirlər.

"Türklər ermənilərə qarşı soyqırımı törətsəydilər, bu gün qaropaylanlar Türkiyə Böyük Millət Məclisində otura, minlərlə erməni isə Türkiyədə azad və xoşbəxt yaşaya bilməzdi. Bu gün türk xalqının vergisi hesabına Türkiyə dövlətindən maaş alan Qaro Paylan və onun həmfikirlərinin türkləri soyqırımı törətmək iddiaları ilə ittiham etməsi yolverilməzdir!" - İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin bəyanatında belə deyilir. 

İlkin İzzət

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.