Siyasət

Azərbaycanda tətbiq olunan elektron imza Avropa İttifaqı ölkələrində tanınacaq

14 Yanvar 2017 13:07
Baxış: 933

"Azərbaycanda tətbiq olunan elektron imza Avropa İttifaqı (Aİ) ölkələrində tanınacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup deyib.

Onun sözlərinə görə, Şərq tərəfdaşlığı çərçivəsində elektron imzaların qarşılıqlı tanınması məsələləri ilə məşğul olacaq işçi qrupu yaradılacaq.

K.Rup qeyd edib ki, bu ölkəyə səfərinin məqsədi Avstriyada e-imza, e-xidmətlər, kibertəhlükəsizlik sahələrində həyata keçirilən işlərin Azərbaycanda təqdim olunması, eyni zamanda, bu texnologiyaların tətbiq olunması üsullarının müəyyən olunmasıdır.

Azərbaycanda elektron imza və elektron sənəd dövriyyəsi barədə qanunların olduğunu ifadə edən K.Rup əsas məsələnin bu xidmətlərin daha da təkmilləşdirilməsindən ibarət olduğunu deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.