Siyasət

ATƏT sədri: "Münaqişələrin hərbi yolla həlli yoxdur"

12 Yanvar 2017 14:27
0 Şərh     Baxış: 645

ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz ATƏT Daimi Şurasında Avstriya sədrliyinin prioritetlərini açıqlayarkən deyib.
 
O bildirib ki, münaqişələrin siyasi yolla həllinə nail olmaq üçün daha çox dialoqa ehtiyac var. 
 
S. Kurz münaqişələrlə yanaşı, ATƏT məkanında terrorizm və radikalizmin təhlükəsizliyə böyük təhdid oldğunu, buna qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.