Siyasət

Sərhəd bölgüsü - "Azərbaycan tərəfinin maraqlarına hörmət edirik"

10 Yanvar 2017 13:16
Baxış: 1 261

"Biz 2017-ci ildə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirəcəyik və ümid edirəm ki, yekunlaşdıracağıq".

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyasına dair hökumətlərarası komissiyanın həmsədri David Calaqaniya deyib. "Bizim məqsədimiz odur ki, sərhədlərimizin qalan hissəsini uğurla delimitasiya edərək, yekunlaşdıraq. Mən buna çox ümid edirəm", - deyə o, söyləyib.

D. Calaqaniya bu məsələdə ciddi problemlərin olmadığını bildirib: "Mən buna problem deməzdim. Bu, bir prosesdir. Tərəflərin maraqları var. Biz Azərbaycan tərəfinin maraqlarına hörmət edirik. Onlar da bizim maraqlarımızı bilirlər. Sadəcə olaraq, ümid edirik ki, maraqlarımız üst-üstə düşəcək və qarşılıqlı anlaşma və prioritetlər əsasında hər şey həll olunacaq".

Gürcüstan xarici işlər nazirinin müavini 2017-ci ildə ikitərəfli görüşlərin davam etdiriləcəyini deyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.