Siyasət

Keçmiş AXCP rəhbərləri ABŞ-a sığınıblar - FOTO

27 Dekabr 2016 23:08
0 Şərh     Baxış: 1 974

Keçmiş AXCP rəhbərləri Asəf Quliyev və Zərifə Mahəddinova ABŞ -dan siyasi sığınacaq istəyiblər. Bu barədə AXCP -dəki mənbə məlumat verib. Məlumatda vurğulanır ki, keçmiş AXCP funksionerləri təxminən 5 ay öncə turist vizası ilə ABŞ -a gediblər və oradan dönməyiblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, AXCP sədrinin müavini Asəf Quliyev 2013-cü ilin sonlarında, prezident seçkisi kampaniyasının gedişində müəmmalı şəkildə, heç bir izahat vermədən istefa vermişdi.

Bu hadisədən 3-4 ay sonra ,2014-cü ilin fevralında isə AXCP sədri Əli Kərimli öz müşaviri Zərifə Mahəddinovanı qəflətən vəzifəsindən çıxartdı. Həmin dövrdə dərc olunan qəzetlər Z. Mahəddinovanın özünə istinadən yazırdılar ki, AXCP sədrində öz xanım müşavirinə qarşı porno kaset kompromatı var.

AXCP sədrinin müşavirliyindən azad edildikdən sonra Z. Mahəddinova AXCP üzvülüyündən istefa vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.