Siyasət

Akif Əlizadə: "Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi həmişə fəxrlə anacaq"

11 Dekabr 2016 22:33
Baxış: 1 523

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə böyük inqilabi dəyişikliklər oldu, islahatlar aparıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda böyük inqilabi dəyişikliklər, islahatlar baş verdi:

"Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü nəhəng işlər bu gün də öz nəticəsini göstərməkdədir. Müstəqil Azərbaycan Heydər Əliyevin böyük əsəridir".

AMEA prezidenti qeyd edib ki, Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olundu.

O bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və bu siyasət sayəsində ölkəmizin çoxmədəniyyətlilik ənənəsini inkişaf etdi, keyfiyyətcə yeni müstəviyə keçdi.

A.Əlizadə deyib ki, ümummilli lider daim elmin inkişafını diqqətdə saxlayıb: "Milli Elmlər Akademiyasının bu gün fəaliyyət göstərməsi və inkişaf etməsinə görə məhz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev hələ 1969-cu il plenumunda islahatları elan edərkən bildirmişdi ki, bütün islahatlar elmi əsaslarla həyata keçirilməlidir və elm inkişaf etməlidir. "İqtisadiyyat nə vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir" - Heydər Əliyevin şüar kimi olan bu sözləri bu gün Akademiyanın hərtərəfli inkişafı üçün təməl oldu".

AMEA prezidenti əlavə edib ki, məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın bağlanmaq təhlükəsi aradan qalxdı və Azərbaycan elminin yeni inkişaf mərhələsi başladı:

"Ulu öndərin əsasını qoyduğu düşünülmüş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev daim yaddaşlarda qalacaq, xalqımız onu həmişə fəxrlə anacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.