Siyasət

Səfir: "Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir"

5 Dekabr 2016 19:23
Baxış: 951

ATƏT ərazisindəki münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Brüsseldə mətbuat konfransı zamanı ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer deyib.

Onun sözlərinə görə, ABŞ və Minsk qrupunun digər üzvləri Dağlıq Qarabağ münaqişəsini Hamburqda ATƏT xarici işlər nazirlərinin görüşündə müzakirə etmək niyyətindədir.

O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, ATƏT xarici işlər nazirlərinin görüşü Hamburqda dekabrın 8-9-da keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.