Siyasət

"Sərkisyanın sonu yoxdur"

2 Dekabr 2016 09:37
Baxış: 1 436

"Son vaxtlar Rusiyadan alınan silahlarla siyasi şoular yaradan Sərkisyan populist çıxışları ilə göstərməyə çalışır ki, guya Ermənistan müasir silahlara malikdir və işğalçı ordunun təchizatı yüksək səviyyədədir".

Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Sərksiyan nəyin bahasına olursa-olsun, hakimiyyət müddətini uzatmağa çalışır:

"Yarıtmaz erməni rəhbər indi də sübut etməyə çalışır ki, guya Ermənistan müasir silahlara malikdir və işğalçı ordunun təchizatı yüksək səviyyədədir. Aprel hadisələri zamanı da belə çıxışlar az deyildi, hədəf olaraq Bakı, Mingəçevir su anbarı göstərilirdi. Son zamanlar Rusiyadan alınan silahlarla siyasi şoular yaradan Ermənistan prezidentinin populist çıxışları bəyanatdan o tərəfə keçmir. Dağlıq Qarabağ məsələsi yalnız danışıqlar yolu ilə həll oluna bilər. Sərkisyan ikili oynamaqla bir növ ATƏT-ə yarınmağa çalışır. Heç bir məntiqə sığmayan bu əməllərin sonu yoxdur".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Respublikaçılar Partiyasının 16-cı qurultayında çıxışı zamanı "Bakıya zərbə endirə bilərik" kimi sərsəm fikirlər səsləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.