Siyasət

Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər

2 Dekabr 2016 08:34
2 Şərh     Baxış: 2 276

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla icra olunmasından sonra Azərbaycan Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib: "Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır".

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ulduz · 2 Dekabr 09:3400

    Azərbaycana Avropa Birliyi ilə viza rejiminin ancaq sadələşdirilməsi əl verir. Tam vizasız rejim nə bizə nə də AB-nə yaxın 30 ildə yaxşı heç nə verməz. Az çox keyfiyyətli iş görmə qabiliyyəti olan vətəndaşlarımızın 1 - 2 min avro üçün AB ölkələrinə getməsini, AB-dən də aşağı əxlaqla böyük pullar qazanmaq istəyənlərin bura axışmasını dərindən fikirləşsə, heç bir azərbaycanlı istəməz.

    Cavab yaz
  • Anonim
    QERBLI · 2 Dekabr 11:4400

    cox gözəl olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.