Siyasət

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində

1 Dekabr 2016 15:38
Baxış: 1 199

2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin məqaləsində deyilir.

Məqalədə qeyd olunur: "İstər iki ölkənin prezidentlərinin görüşləri, istərsə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr verməyib. Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kəs təminat verə bilməz ki, Dağlıq Qarabağda atəşkəs rejimi yaxın gələcəkdə ədalətli sülhlə başa çatacaq. Ona görə ki, əslində müharibə nə cəbhədə dayandırılıb (işğal edilmiş ərazilər indiyə qədər işğaldan azad olunmayıb), nə diplomatik, nə də media məkanında başa çatıb. Dağlıq Qarabağ münaqişəsi həm biznes sahəsi, həm də siyasət - çirkli biznes və məkrli siyasət qurmaq imkanı kimi kimlər üçünsə sərfəlidir".

Məqalənin TAM MƏTNİ

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.