Siyasət

"Xorvatiya Azərbaycana ərazilərin minalardan təmizlənməsi üzrə yardım etməyə hazırdır"

25 Oktyabr 2016 17:40
Baxış: 820

Xorvatiya ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardım etməyə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

K.Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiyanın müxtəlif sahələrdə Azərbaycana təklif edə biləcəyi təcrübələri var:

"Ərazilərin minalardan təmizlənməsi sahəsində də bizim böyük təcrübəmiz var. Bildiyiniz kimi, biz bu sahədə qabaqcıl texnologiyaya malik bir ölkəyik. Təəssüflər olsun ki, Azərbaycanın da bu sahədə müəyyən problemləri var və biz bu işdə də sizə yardım etməyə hazırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.