Siyasət

Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

25 Oktyabr 2016 16:25
Baxış: 548

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığöı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, 

Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.