Siyasət

Azərbaycan Prezidenti: ""Cənub" Qaz Dəhlizi artıq reallıqdır"

24 Oktyabr 2016 18:08
Baxış: 509

"Bu gün biz, həmçinin enerji sahəsində əməkdaşlığa dair çox ümidverici olan məsələləri müzakirə etdik. Biz artıq tərəfdaşıq". Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Ölkə başçısı bildirib: "Xorvatiya bu ilin fevralında Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələrimiz arasında Anlaşma Memorandumu var. "Cənub Qaz Dəhlizi" layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur".

Prezident İlham Əliyev vurğulayıb ki, "Cənub" Qaz Dəhlizi artıq reallıqdır: "Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.