Siyasət

Xorvatiya prezidenti "ADA" Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib - FOTO

24 Oktyabr 2016 18:09
Baxış: 866

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də "ADA" Universitetində olub.

AZƏRTAC xəbər verir ki, prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında Azərbaycan-Xorvatiya əlaqələri mövzusunda mühazirə ilə çıxış edib.

Xorvatiya prezidenti ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı körpü rolundan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.

Sonda prezident tələbələrin suallarını cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.