Siyasət

"Rossiya 1" telekanalı: Müasir Azərbaycan - parlaq, valehedici və innovasiyalı - VİDEO

24 Oktyabr 2016 12:07
Baxış: 1 881

12:07

"Rossiya 1" telekanalı Dmitri Kiselyovla "Vesti nedeli" verilişində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə süjet həsr edib.

Trend-in məlumatına görə, süjetdə Azərbaycanın 18 oktyabrda 25 illiyini qeyd etdiyi bildirilib.

Verilişdə yubiley ərəfəsində Prezident İlham Əliyevin "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik" agentliyi üçün müsahibə verdiyi deyilir. Dövlət başçısının müsahibəsindən sitatlar gətirilir:

"Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Yəni, dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur. İqtisadi sahədə uğurlar barədə çox danışmaq olar. Bir faktı diqqətə çatdıraq: Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada otuz yeddinci yerdədir. Bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir. Buna görə də bizim qarşımızda üfüqlər açılıb, biz inamla irəliləyirik və əminəm ki, növbəti iyirmi beş il də sürətli inkişaf illəri olacaq. ...Son on üç ildə biz ÜDM-in həcmini üç dəfə artıra bilmişik, yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən bu il 5 faizə endirə bilmişik. Əslində, bizdə yoxsulluq sosial hadisə kimi artıq yoxdur. Eyni sözlər işsizliyə də aiddir - 5 faiz, bizim böyük valyuta ehtiyatlarımız var - hətta neftin qiymətinin düşdüyü bu il də biz Neft Fondunun valyuta ehtiyatlarını toplayırıq. Bu ehtiyatlar artır, çünki biz qənaətlə xərcləyirik və qazancımız artıq neftin hesabına deyil".

Süjetdə Bakının neft-qaz platformalarından, Azərbaycanın dünyaya ilk dəniz neft platforması, ilk neftdaşıyan tanker verməsindən bəhs olunub.

Qeyd olunur ki, Azərbaycan 3 il əvvəl ilk telekommukasiya peykini orbitə buraxmaqla komsik gücə çevrilib.

Həmçinin, süjetdə Azərbaycanın turizm potensialına, "ASAN xidmət"in fəaliyyətinə, ölkədə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsinə və s. toxunulub.

-----------

09:50

"Rusiya 1" telekanalının "Həftənin xəbərləri" proqramında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş süjet göstərilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, verilişdə prezident İlham Əliyevin "Həftənin xəbərləri" proqramının aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədən fraqmentlər nümayiş etdirilib.

Süjetdə Azərbaycanda neftçıxarma mövzusuna toxunulub, birinci milli peykin işə salınmasından, ölkəmizdən keçəcək və Sankt-Peterburqu hind şəhəri Mumbai ilə birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi, ASAN Xidmət mərkəzləri, böyük turist axını və s. haqqında danışılıb.

Süjetin müəllifi Bakı məktəblərindən birində olub və vurğulayıb ki, Azərbaycanın 100 mindən çox vətəndaşı rus dilində təhsil alır.

Verilişdə idman sferasından da yan keçilməyib. Bakıda keçirilmiş Birinci Avropa Oyunları və "Formula-1" yarışları xatırladılıb. Azərbaycanın idman nailiyyətləri haqqında gənclər və idman naziri Azad Rəhimov, futbol üzrə milli komandamızın son müvəffəqiyyətləri barəsində isə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.