Siyasət

"Onların dəyişməsi Qarabağ probleminin həllinə mənfi təsir edir"

21 Oktyabr 2016 18:15
1 Şərh     Baxış: 1 309

Yenə də ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri dəyişdi. Bu dəfə fransalı diplomat Pyer Andriunun yerinə Stefan Viskonti təyin olunub.

Həmsdərlərin dəyişməsi proseduru və bunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsiri məsələsini Milli.Az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bu dəyişiklik danışıqların intensivləşməsi ilə bağlı ola bilər:  

"Çox güman ki, Andriunun Viskoni ilə dəyişməsi rotasiya qaydasında baş verib. Çünki qayda belədir ki, diplomatlar müəyyən müddətdən sonra dəyişilir. Lakin həm də fərz edə bilərik ki, bu dəyişiklik danışıqlar prosesinin sürətlənməsi ilə bağlı olsun. Çünki bilirik ki, hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Əslində, bu görüş daha erkən, payız aylarının əvvəllərinə planlaşdırılırdı. Lakin Ermənistanda baş verən hadisələr bunun gerçəkləşməsinə imkan vermədi. Amma bütün hallarda bu görüş planlaşdırılır və ola bilər ki, yeni həmsdərin gəlişi bu aktivliyə müəyyən təkan versin".

Ümumiyyətlə, həmsədrlərin tez-tez dəyişməsinə gəlincə, ekspertin fikrincə, bununla bağlı yaxşı bir şey söyləmək olmur. Çünki hadisələr göstərir ki, həmsdərlərin dəyişməsi danışıqlar prosesinə müsbət təsir etmir: "Mən ABŞ-dan olan diplomat Metyu Brayzanı nümunə göstərə bilərəm. Bu şəxs ABŞ-ın ən fəal və bəlkə də ən məhsuldar həmsədri olub. Ondan sonrakı həmsdərlər heç regionu da bir o qədər tanımırdılar və heç olmasa, ən azından Brayza kimi hər iki tərəf üçün məqbul olan təkliflər irəli sürmürdülər. Məsələn, biz bilirik ki, məlum Madrid prinsipləri məhz Metyu Brayzanın iştirakı ilə formalaşıb. Ona görə də həmsədlərin tez-tez dəyişməsi prosesə heç bir müsbət təsir etmir. Adətən yeni həmsədr gələndə onun məlumatlanması, işin içinə girməsi üçün ən azından 2-3 ay vaxt keçir. Eyni zamanda, Minsk qrupunun həmsədrliyi diplomatlar üçün adətən bir tramplin olur. Sanki, onlar gəlib burda konfliktologiya üzrə treninq keçirlər, daha sonra digər vəzifələrə təyinat alırlar".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.