Siyasət

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər və əlavələr edilib

21 Oktyabr 2016 12:23
Baxış: 1 195

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 291-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12, maddə 1233) 3.1-ci bəndi ləğv edilsin".

XXX

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, qərara alır:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, №12, maddə 1432; 2016, № 1, maddələr 15, 36) 29.14-cü və 29.15-ci maddələri ləğv edilsin".

XXX

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanı

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 291-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12, maddə 1233) 3.1-ci bəndi ləğv edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.