Siyasət

"Azərbaycan dünyada sülhün bərqərar olmasına çalışan ölkədir"

30 Sentyabr 2016 13:25
Baxış: 424

Azərbaycan sülhpərvər ölkə olmaqla yanaşı, həm də dünyada sülhün bərqərar olmasına çalışan ölkədir. Artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu bunun əyani təsdiqi sayıla bilər.

Milli.Az bildirir ki, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Yussif Heşam AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Azərbaycana ilk dəfə gəldiyini bildirən Yussif Heşam vurğulayıb ki, ölkəmizlə bağlı əldə etdiyi məlumatlar ilk səfərdə təsdiqini tapıb. Azərbaycanda inkişaf, ən əsası isə inkişafa meyl var və bu, ilk baxışda nəzərə çarpır.

"Hazırda dünyanın qarşılaşdığı qlobal problemlər humanitar yox, siyasi müstəvidə həll olunmalıdır. Yalnız bundan sonra xalqların tələb və istəkləri yerinə yetirilə bilər", - deyə Y.Heşam bildirib.

İƏT Baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan multikulturalizm çərçivəsində sülhün bərpası üçün çalışır. Bu çox müsbət və başqa ölkələrə örnək ola biləcək bir haldır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.