Siyasət

"Azernews" qəzeti "Bir gənc dünya" Qlobal Sammitinə dəvət olunub - FOTO

29 Sentyabr 2016 18:04
Baxış: 885

"Azernews" qəzeti Kanadanın paytaxtı Ottavada işinə başlayan "Bir gənc dünya" (One young world) Qlobal Sammitinə dəvət olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 1-də yekunlaşacaq 4 günlük sammitə dunyanın 193 ölkəsindən 1300 gənc qatılıb. Sammitin təntənəli açılış mərasimində dünyanın tanınmış siyasətçiləri - BMT-nin keçmiş baş katibi Kofi Annan, İrlandiyanın ilk qadın Prezidenti olmuş Meri Robinson, Nobel Sülh mükafatı laureatı Muhammad Yunus, eləcə də dünya kino ulduzları - sülhməramlı səfir Emma Uotson, Natalya Vodyanova və digərləri iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən Kanadanın Baş naziri Castin Trüdo gənclərə muraciət edərək onların dünyanı dəyişəcək qədər gücə malik olduğunu bildirib.

Mərasimin ən maraqlı hissəsi bayraqların təqdimatı olub. Bütün ölkələrin bayraqları təntənəli şəkildə auditoriyaya təqdim olunub.

Sentyabrın 29-da sammit öz işinə başlayıb. Dünyanın 55 tanınmış və nüfuzlu qəzetlərini özündə birləşdirən "Sparknews" təşkilatının və "Azernews", La Figaro (Fransa), Al Jazeera plus, la Nation (Argentina), asahi Shimbun (Yaponiya), LENA (Avropanın aparıcı qəzetlərin alyansı) daxil olmaqla, tədbirə dəvət alan bir sıra nüfuzlu qəzetlərin sammit iştirakçıları üçün xüsusi olaraq təqdimatı keçirilib.

Tədbirdə Sparknews-un rəhbəri Kristian Bolseredon çıxış edib. O, ilk olaraq Azərbaycanın qəzetini auditoriyaya təqdim edib və səhnəyə "Azernews" qəzetinin baş redaktoru S.Mikayılovanı dəvət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.