Siyasət

Arizonalı senator: "Azərbaycan regionda çiçəklənmənin nümunəsidir" - FOTO

29 Sentyabr 2016 16:51
Baxış: 591

Azərbaycan böhranın tüğyan etdiyi regionda mütərəqqi və çiçəklənən ölkə nümunəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Arizonadan olan senator Karlayl Bigey deyib.

Onun sözlərinə görə, multikulturalizm məsələlərinin müzakirə edilməsi dünyada demokratiya və ədalətin irəliləməsi baxımından vacibdir.

Senator deyib ki, Bakı Forumu bütün dünyada multikulturalizm dəyərlərini inkişaf etdirmək üçün yeni ideyaları müzakirə etmək və mühüm qərarları qəbul etmək imkanı verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.