Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

29 Sentyabr 2016 13:40
Baxış: 496

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.

Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu dedi. Bildirdi ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.

Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.