Siyasət

Şukurcon Zuxurov: "Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq nüfuzu hər il artır"

29 Sentyabr 2016 12:49
Baxış: 527

"Azərbaycan V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi üçün çox gözəl şərait yaradıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Forum çərçivəsində keçirilən panel müzakirələrində çıxış edən Tacikistan Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurov deyib.

O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq nüfuzu hər il artır: "Burada dünya üçün mühüm məsələlər müzakirə olunur, hər dəfə forumda millətlər arasında dialoqun gücləndirilməsi üçün yeni ideyalar səsləndirilir".

Ş.Zuxurov bildirib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlət bu sahəyə xüsusi diqqət yetirir: "Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bunun bariz nümunəsidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.