Siyasət

XİN rəhbəri Azərbaycanda diplomatik missiyasını başa vuran səfir ilə görüşdü

28 Sentyabr 2016 19:50
Baxış: 621

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfir T.Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E.Məmmədyarov səfir T.Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.