Siyasət

Türkiyənin əməl etmədiyi 7 ŞƏRT

28 Sentyabr 2016 18:50
0 Şərh     Baxış: 1 172

Türkiyə hələ də vizasız rejimin ləğvi üçün Avropa İttifaqının 7 tələbini yerinə yetirməyib.

Qafqazinfo xəbər verir ki, bu barədə Avropa Komissarlığı məlumat yayıb.

Türkiyənin tələb olaraq irəli sürülən 72 şərtdən 7-sini yerinə yetirmədiyi vurğulanır:

Aİ standartlarına uyğun biometrik pasportların hazırlanması, korrupsiya ilə mübarizə üçün tədbirlərin görülməsi, Avropol ilə işbirliyi sazişinin imzalanması, terrorla mübarizə qanun və praktikasının Avropa standartlarına uyğun şəkildə aparılması, Aİ standartlarında şəxsi məlumatların qorunması tənzimlənməsinin qəbulu, cinayət bağlantısı olan məsələlərdə Aİ ölkələri ilə işbirliyinə getmək və Aİ-Türkiyə arasında miqrantların geri qəbulunu özündə əks etdirən sazişin bütün maddələrinin tətbiqi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.