Siyasət

"AŞPA sessiyasında Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi nəzərdə tutulmur"

28 Sentyabr 2016 14:28
Baxış: 939

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında Azərbaycanla bağlı məsələlərin ümumi şəkildə gündəmə gətirilməsi nəzərdə tutulmur".

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, amma biz referendumla bağlı hansısa məsələləri komitə, büro səviyyəsində müzakirə edə bilərik: "AŞPA-nın Parlament Assambleyası səviyyəsində isə müzakirələr aparmayacağıq. Çünki buna əsas yoxdur. Qiymətləndirmə missiyası artıq referendumla bağlı öz fikrini söyləyib".

Bu gün əsas müzakirə məsələlərindən birinin Qarabağla bağlı olduğunu vurğulayan S.Seyidov deyib ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti həmişə bu istiqamətdəki mövqeyini komitələrə, siyasi partiyalara çatdırır: "Bu gün Azərbaycan nümayəndə heyətinin üzvləri artıq Azərbaycan çərçivəsindən çıxaraq Avropa və dünya problemləri ilə məşğul olurlar. Biz Azərbaycan olaraq, Avropanın problemləri, istiqamət yolu və düşdüyü böhrandan çıxış yolunu göstərmək iqtidarındayıq. Bu nöqteyi-nəzərdən qaçqın və köçkün problemi, ksenofobiya, multikulturalizm, dinlərarası münasibətlər, qanuna münasibət, böhranda iqtisadi dirçəliş məsələləri və dünyada müstəqil siyasət aparan ölkələrə qarşı ciddi təzyiqlər kimi məsələlərə cavab vermək iqtidarındayıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.