Siyasət

Azərbaycan dünyanın 37-ci ölkəsidir

28 Sentyabr 2016 09:09
Baxış: 1 692

Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) qlobal rəqabətqabiliyyətlilik reytinqini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan reytinqdə ötən illə müqayisədə 1 pillə irəliləyərək 37-ci yeri tutub.
 
Postsovet ölkələrindən Azərbaycan Rusiya (43), Qazaxıstan (53) və Ukraynanı (85) qabaqlaya bilib.
 
Reytinqə ötən il olduğu kimi, İsveçrə başçılıq edir. İkinci və üçüncü yerləri Sinqapur və ABŞ bölüşür.
 
Qeyd edək ki, reytinq infrastrukturun, əmək bazarının səmərəliliyi, təhsil və səhiyyə sektorlarının keyfiyyəti, makroiqtisadi sabitlik və s. meyarlar əsasında hazırlanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.