Siyasət

Deputatın qardaşına yeni vəzifə verildi

27 Sentyabr 2016 19:58
5 Şərh     Baxış: 2 093

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib. A.Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib.

Bizimyol.info xəbər verir ki, Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilən Ağaəli Xəlilov, Milli Məclisin deputatı Rüstəm Xəlilovun qardaşıdır.

Bununla bağlı açıqlama verən deputat Rüstəm Xəlilov təyinatın bir müddət əvvəl baş tutduğunu bildirib: "Bəli, təyinat bir müddət əvvəl baş tutub. Ağaəli Xəlilov mənim qardaşımdır. Çox layiqli oğuldur. Polis rəisi işləyib. Ağaəli müəllimə işlərində uğurlar arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.