Siyasət

"Referendumun nəticəsi ölkə əhalisinin Prezidentin siyasətinə dəstək verdiyini təsdiq edir"

27 Sentyabr 2016 17:55
Baxış: 976

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələri ölkə əhalisinin Prezident İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini təsdiq edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, insanlar Prezidentə inanırlar ki, təklif edilən dəyişikliklər düzgündür və Azərbaycanın rifahına xidmət edəcək. Bu, referendumun belə aşkar uğurunun əsas səbəbidir.

S.Markov qeyd edib ki, konstitusiyaya dəyişikliklər üzrə təklif siyasi sistemin davamlılığını artırmaq üçün verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.