Siyasət

Referendum Türkiyə mediasında - FOTO

27 Sentyabr 2016 08:04
Baxış: 1 642

Türkiyə KİV-ləri Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar geniş məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müxtəlif dillərdə yayılmış xəbərlərdə Prezident İlham Əliyev və ailə üzvlərinin səsvermədə iştirakı, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, səsvermənin azad və şəffaf keçirilməsi, xarici müşahidəçilərin referendumla bağlı ifadə etdikləri müsbət fikirlər əks olunub.

www.aa.com.tr, www.iha.com.tr, www.timeturk.com, www.haberturk.com, www.yenisafak.com, www.milligazete.com.tr, www.ntv.com.tr, www.turkiyegazetesi.com.tr və s. media qurumları tərəfindən oxuculara müxtəlif dillərdə təqdim olunan xəbərlərdə referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici sayı, seçici fəallığı, ümumxalq səsverməsinin nəticələri və s. məqamlara dair məsələlər diqqətdə olub. Türkiyə televiziya kanalları ilə bərabər bəzi xəbər portalları da səsvermə prosesindən videomateriallar yayıblar. Diqqətə çatdırılıb ki, referendum baş tutub və Azərbaycan xalqı Konstitusiyaya təklif oluna əlavə və dəyişiklikləri dəstəkləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.